Roland Kobia tələbələrin döyülməsini pislədi

Roland Kobia tələbələrin döyülməsini pislədi
  06 Mart 2013    Oxunub:1688
"Azərbaycanlı tələbələrin Fransada döyülməsi faktını pisləyirik"
Fevralın 26-da Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlı tələbə vəhşicəsinə döyülüb.
Məsələ ilə bağlı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia inter.Az kanalına verdiyi müsahibədə bu faktı pisləyib.

Azvision.az xəbər verir ki, o bildirib ki, “Azərbaycanlı tələbələrlə bağlı Fransada yaşanan hadisədən xəbərimiz var. Biz irqindən və milliyətindən asılı olmayaraq insanların döyülməsi faktını pisləyirik."

"Aİ nümayəndəsi kimi, siz Avropa ölkəsi olan Fransada azərbaycanlı tələbələrin döyülməsi faktı ilə bağlı hər hansı addım atacaqsınızmı" sualına R.Kobia belə cavab verib: "Mən Fransanın Azərbaycandaki səfiri ilə bu barədə danışıqlar aparmışam. Ümid edirəm ki, yaşanan olayın istintaqı başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.”




Teqlər:  





Xəbər lenti