Misir qəzeti İlham Əliyevdən yazdı

Misir qəzeti İlham Əliyevdən yazdı
  26 Oktyabr 2013    Oxunub:1144
AzVision.az xəbər verir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri və 18 oktyabr Dövlət müstəqilliyi günü ilə bağlı Misirin "Almesryoon" internet qəzetində məqalə dərc edilib.
9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri və 18 oktyabr Dövlət müstəqilliyi günü ilə bağlı Misirin populyar "Almesryoon" internet qəzetində tanınmış yazıçı, jurnalist və Asiya məsələləri sahəsində tədqiqatçı Əhməd Əbdu Tarabekin məqaləsi dərc edilib (https://azvision.az/redirect.php?url=http://almesryoon.com).

Ə. Tarabek hər bir xalqın iftixarla xatırlaya biləcəyi dövlət müstəqilliyindən söz açaraq, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan xalqının mübarizə aparması və 1991-ci ilin 18 oktyabr tarixində yenidən müstəqillik qazanması, Şərqdə, həmçinin bütün müsəlman dünyasında ilk demokratik respublika və hüquqi dövlət qurması, ilk dəfə qadının səs vermə hüququnu tanıması haqqında geniş məlumatlar verib.

Sonra Ə. Tarabek 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda bir çox beynəlxalq təşkilatların (ATƏT, GUAM, MDB, BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İƏT) müşahidəçiliyi ilə keçirilmiş prezident seçkilərinin nəticələrinə görə İlham Əliyevin prezident seçilməsini, müxalifət qrupunun seçki zamanı baş vermiş bəzi qanun pozuntuları ilə bağlı səsləndirdiyi fikirlərin Prezident İlham Əliyevin digər namizədləri böyük səs çoxluğu ilə üstələməsinə heç bir kölgə sala bilməməsini və ötən 10 il müddətində onun tərəfindən ölkədə aparmış olduğu islahatların xalqın böyük etimadını qazanmasına səbəb olduğunu bildirib.

Məqalədə Prezident İlham Əliyevin ötən 10 il ərzində Azərbaycanda həyata keçirdiyi islahatlardan, ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən söz açılıb və bütün bu nailiyyətlərin əsas səbəbi kimi ölkədəki daxili siyasi stabilliyin təmin olunması vurğulanır, eyni zamanda iqtisadi sahədə əldə edilmiş uğurların dövlətin iqtisadi qüdrətinin artmasının və xarici asılılığın tamamilə aradan qalxmasının göstəricisi olduğu bildirilib və Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı, qeyri-neft sektorunun da inkişaf etdiyi, artıq xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyi, bununla da ölkə iqtisadiyyatının neft-qaz sektorundakı asılılığının qarşısının alındığı diqqətə çatdırılıb, bununla da ötən il ərzində Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatlarının nəticəsi olaraq qeyri-neft sektorunda 2.7 dəfə real artımın olduğu, 2003-2012-ci illər ərzində qeyri-neft sektorunda artımın dünyada ən yüksək göstəricilərdən birini təşkil edərək, ildə orta hesabla 10% təşkil etdiyini, bundan əlavə olaraq ötən 10 il ərzində ölkədə açılan 1milyon 100 minə yaxın yeni iş yerlərinin 90 faizdən çoxunun qeyri-neft sektorunda açılmış olduğu qeyd edilib.

Turizm sektorunun inkişafı ilə bağlı Ə.Tarabek Azərbaycanın ötən 10 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı məlumat verib, 2012-ci ildə Azərbaycana gələn əcnəbilərin sayının 2 milyondan çox olduğunu qeyd edib.

Əhalinin sosial rifahı ilə bağlı müəllif ötən 10 il ərzində sosial rifahın və həyat şəraitinin yüksəldilməsi üçün 2003-cü ildə səhiyyəyə ayrılan xərclərin cəmi 69 milyon manat təşkil etdiyini, 2013-cü ildə isə bu xərclərin 666.3 milyon manat həcmində olduğunu, təhsilə ayrılan xərclərin 2003-cü ildə 243 milyon manat təşkil etdiyini, 2013-cü ildə isə bu rəqəmin 1.5 milyard manat həcmində olduğunu diqqətə çatdırır.


Teqlər:  





Xəbər lenti