Rəsul Quliyevdən Milli Şuraya əxlaq dərsi

Rəsul Quliyevdən Milli Şuraya əxlaq dərsi
  26 Oktyabr 2013    Oxunub:983
ACP-nin sabiq lideri Rəsul Quliyev yenidən Milli Şuranın bostanına daş atıb.
AzVision.az-ın məlumatına görə, Milli Şuradan çıxarılmasını özünə sığışdırmayan eks-spiker müxalifət liderlərini əxlaqlı olmağa çağırıb.

“Mənim Milli Şuraya təklifim indikindən də ağır məğlubiyyətə istər könüllü, istərsə də vəziyyəti anlamadam düşməmək, gedəcək proseslərin qarşısını almaq üçün planın, proqramın hazırlanmasına təcili başlamaq təklifi idi. Milli Şura Cəmil müəllimi sədr Rüstəm İbrahimbəyovu fəxri sədr seçmək, məni üzvülükdən azad etmək məsələsinin bu gün Azərbaycan üçün daha önəmli məsələ olduğunu nəzərə alaraq onları müzakirəyə başladı.

Dərindən heç nəyi analiz etməyən və ya etməyi bacarmayan bəzi Milli Şura liderləri kimlərinsə vasitəsilə guya mənim bu hakimiyyəti dəstəklədiyim barədə rəvayətlər uydururlar həmişəki kimi. Əslində isə apardıqları siyasət bundan sonra hakimiyyətin qat-qat güclənməsinə gətirib çıxaracaq.

Əgər Milli Şura üzvü könüllü üzvülükdən imtina edib, istefa veribsə necə bu məsələ müzakirə edilə və qərar çıxarıla bilər, bu absurddur. İstefa verən barədə Milli Şuradan filankəsi çıxartdıq demək, yazmaq ayıbdır, heç olmazsa elementar qayda qanunlara əməl etməyi özünüzə aşılamağa cəhd edin”-deyə R.Quliyev hiddətlənib.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti