Deputat: “Avronest-də fəaliyyətimizi davam etdirməliyik”

Deputat: “Avronest-də fəaliyyətimizi davam etdirməliyik”
  26 Oktyabr 2013    Oxunub:960
Azərbaycan Avronest-dən çıxmamalı idi
Avropa Parlamentinin prezident seçkiləri ilə bağlı neqativ rəyindən sonra Azərbaycan nümayəndə heyəti qurumun 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd etdiyini və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını bəyan etdi. Azərbaycanın Avronest-dən çıxması siyasi elitada birmənalı qarşılanmayıb.

Millət vəkili İqbal Ağazadə AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan bir qədər səbr edib Avronest-dən çıxmamalı idi.
“Azərbaycan Avropaya inteqrasiyasını genişləndirməli, bundan sonra da bütün strukturlarda iştirak etməlidir. Eyni zamanda neqativ halların aradan qaldırılması istiqamətində də fəaliyyət göstərilməlidir. Və çalışmalıdır ki, üzərinə götürdüyü vəzifələri yerinə yetirsin. Avropa Birliyi seçkilər və Dağlıq Qarabağla bağlı işğalçı qüvvələrin bu ərazilərdən çıxarılmasına dair qətnamə qəbul edib, bu baxımdan oradan çıxmağı doğru hesab etmirəm. Fəaliyyətimizi davam etdirməliyik”- deyə İ. Ağzadə bildirib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti