Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  26 Oktyabr 2013    Oxunub:951
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti