Türkiyədə yanğın

Türkiyədə yanğın
  06 Mart 2013    Oxunub:1627
Hadisə nəticəsində 680 mağaza məhv olub
Ankarada bazarda baş verən yanğın nəticəsində 680 mağaza məhv olub. Yanğın yerli vaxtla gecə yarısı, «Rus bazarı» kimi məşhur olan Yunus Əmrə bazarında baş verib. Hazırda hadisə yerində yanğınsöndürən briqadaları fəaliyyət göstərir. Dəyən maddi ziyana baxmayaraq ölən və yaralılar barədə məlumat verilmir. Yanğının səbəblərindən biri kimi hadisənin qəsdən törədildiyi istisna olunmur. Ümumi ərazisi 10 min kvadrat metr olan bazarda 680 mağaza fəaliyyət göstərib.


Teqlər:





Xəbər lenti