Bakıda oğrular saxlanıldı

Bakıda oğrular saxlanıldı
  26 Oktyabr 2013    Oxunub:1392
Avtomobil oğruları saxlanıldı.
Paytaxtın Xətai rayonunda Fərqan Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil oğurlanıb.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Naxçıvan şəhər sakini Qüdrət İsmaylov saxlanılıb.

Avtomaşının dövlət qeydiyyat nişanlarından biri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ş.Rüstəmov küçəsində tapılıb.

Bakı sakini Səbuhi Məmmədov Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək rayonun Bakıxanov qəsəbəsindən ona məxsus “VAZ-21015” markalı avtomobilin Zakir Allahverdiyev tərəfindən oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi həmin gün Z.Allahverdiyev tərəfindən idarə edilərkən saxlanılmışdır. Sürücü və avtomobildəki sərnişinləri – paytaxt sakinləri Tural Kəlbalılı və Asəf Kəlbalıyev isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

T.Kəlbalılının və A.Kəlbalıyevin izahatları alındıqdan sonra buraxılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti