Ermənilərin daha bir fırıldağı ifşa olundu

Ermənilərin daha bir fırıldağı ifşa olundu
  26 Oktyabr 2013    Oxunub:1115
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qondarma "Dağlıq Qarabağ "müstəqilliyi"nin 25 illiyi" ilə əlaqədar Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş konfransda özünü guya BMT-nin nümayəndəsi kimi təqdim edən Qeofri Roberston adlı şəxs bəyan edib ki, Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımağın vaxtı çatıb.
O, iddia edib ki, guya BMT-nin Ədliyyə məsələləri üzrə idarəsinin əməkdaşıdır.

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məsələ ilə əlaqədar BMT-yə sorğu ilə müraciət edib.

BMT Ədliyyə məsələləri üzrə idarəsinin icraçı direktoru Linda Teylor cavab məktubunda Q.Roberston adlı şəxsin BMT ilə əlaqəsinin olmadığını və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin BMT-yə və rəhbərlik etdiyi idarəyə aidiyyəti olmadığını bildirib.

Bu, erməni yalanının daha bir bariz nümunəsidir.


Teqlər:  





Xəbər lenti