Qar uçqunu nəticəsində 9 alpinist ölüb

  13 Oktyabr 2018    Oxunub : 2644
Qar uçqunu nəticəsində 9 alpinist ölüb
Cənubi Koreya və Nepaldan olan 9 alpinist Himalay dağlarında baş verən qar uçqunu nəticəsində həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Himalayan Times” qəzeti ekspedisiyanın təşkilatçılarına istinadən məlumat yayıb.

“Trekking Camp Nepal” təşkilatının nümayəndəsi Vanqçu Şerlanın sözlərinə görə, qar uçqunu nəticəsində Qurya Himal dağındakı alpinist düşərgəsi tamamilə qarla örtülüb. Nəticədə düşərgədə olan 9 alpinistin hamısı ölüb. Onların cəsədləri düşərgədəki çadırların içərisindən və ətrafında tapılıb.

Hazırda insidentin baş verdiyi bölgəyə xilasetmə helikopterləri göndərilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Nepal   Koreya   Himalay   alpinist