Vaz 2106 “Range Rover”lə toqquşdu

Vaz 2106 “Range Rover”lə toqquşdu
  27 Oktyabr 2013    Oxunub:2096
Gəncədə sənədsiz sükan arxasına əyləşən sürücü qəza törədib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, gecə saatlarında Gəncədə yol qəza hadisə baş verib.

Şəhər sakini Yaşar Rzayev idarə etidiyi "Vaz 2106" markalı avtomobillə Şah İsmayıl Xətai prospekti ilə hərəkətdə olarkən yol ayırcından Atatürk prospektinə dönmək istəyib.

Bu zaman VAZ 2106 qarşıdan gələn Cəfəri Samirin idarə etdiyi Range Rover markalı avtomobillə toqquşub. Nəticədə xəsarət alan olmasada hər iki avtomobilə ziyan dəyib. Qəzaya səbəb kimi dönmək istəyən jiqulinin yol ayrıcını kəsmə qaydasını pozduğu göstərilir.

Qeyd edək ki VAZ 2106 marakalı avtomobilin sürücüsünün sükan arxasında əyləşmək üçün hüquqi sənədi olmayıb. Baş vermiş hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub.


Teqlər:





Xəbər lenti