Müdafiə Nazirliyində istefa

Müdafiə Nazirliyində istefa
  27 Oktyabr 2013    Oxunub:1002
AzVision.az Haqqin.az saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məzuniyyətdən sonra vəzifəsinə qayıtmayacaq.
Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Eldar Sabiroğlu istefa ilə bağlı raportu təqdim edib: “Amma ona üç ayrıq məzuniyyət verilib və 2014-cü ilin yanvarında xidmətə qayıtmalıdır. Bundan sonra istefaya göndəriləcək”.

Eldar Sabiroğlunun özü “Aznews.az” saytına açıqlamasında konkret heç nə deməyib: “Hazırda məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”.


Teqlər:





Xəbər lenti