Müdafiə nazirindən yeni təyinat

Müdafiə nazirindən yeni təyinat
  27 Oktyabr 2013    Oxunub:1184
Müdafiə naziri Zakir Həsənov yeni təyinat edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirin adına olan "Facebook" səhifəsində məlumat yayılıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib.



Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov vəzifəsindən azad edilmişdi. Müdafiə naziri Zakir Həsənovun əmri ilə bu vəzifəyə polkovnik Füzuli Salahov təyin edilib.


Teqlər:  





Xəbər lenti