İran Qərb neft kompaniyaları ilə danışıqlara başlayıb

İran Qərb neft kompaniyaları ilə danışıqlara başlayıb
  27 Oktyabr 2013    Oxunub:1231
İranın neft sənayesi naziri Bijan Namdar Zənqani bəyan edib ki, ölkənin enerji sahəsinə vəsaitin cəlb edilməsi üçün Avropa şirkətləri ilə danışıqlar aparılır. AzVision.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu sözləri nazir bu gün bildirib.
Nazir mövcud danışıqlarda ABŞ kompaniyalarınında olması mümkünlüyünü şərh etməyib.

Nazir eləcədə qeyd edib ki, İran gündə 2-4 miyon litr benzin istehsal edir. “Təkcə bir gündə bir milyon barel neftin xaricə satışından gələn gəlir İrana bəs edir. Sanksiyalar isə əbədi deyil”- deyə Zənqani bildirib.

Bu arada ölkədə ABŞ-yə qarşı olan plakatlar yığışdırılır. Tehran küçələrində nəhəng anti-Amerika şüarları yük maşınları vasitəsilə götürülüb. RBK xəbər verir ki, şəhər rəhbərliyi bunu plakatların icazəsiz olması ilə əlaqələndirib. Lakin neçə illərdir bu plakatların necə asılı qalmasına cavab verilməyib.



Ekspertlər isə bu addımı axır vaxtlar yumuşalan ABŞ siyasəti ilə əlaqələndirir. CNN xəbər verir ki, bu günlərdə hətta iki ölkə prezidenti məktublaşıblar. ABŞ ilə münasibətlərin isinməsinə baxmayaraq İrana olan sanksiyalar hələ də ləğv edilməyib və Birləşmiş Ştatlarda bu birmənalı qarşılanmır.

Sanksiyaların əsas səbəb olan İranın nüvə proqramına aid müzakirələr isə davam edir. AzVision.az xəbər verir ki, İranın nüvə proqramına aid müzakirələrin növbəti mərhələsinə hazırlıq məqsədilə oktyabrın 30-da Vyanada İranın və “5+1” qrupunda təmsil olunan ölkələrin diplomatları arasında görüşlər keçiriləcək.

Yerli rəsmi KİV-lərin yaydığı informasiyalara görə, iki gün davam edəcək danışıqlarda tərəflər İranın nüvə proqramına aid müzakirələrin növbəti mərhələsinə dair hazırlıq işləri ilə bağlı məsələləri yekunlaşdıracaqlar.

Xatırladaq ki, İran və “5+1” qrupu arasında sonuncu müzakirələr Cenevrədə aparılıb. Tərəflər müzakirələrin müsbət nəticələr verdiyini bildirsələr də danışıqların real vəziyyəti və əldə olunan nəticələr barədə əsaslı məlumat verməkdən imtina ediblər.


Teqlər:  





Xəbər lenti