Naxçıvanda Beynəlxalq seminar keçiriləcək
28 oktyabrda öz işinə başlayacaq seminarın işində iştirak edəcək Milli və beynəlxalq ekspertlər artıq Naxçıvan şəhərindədirlər. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, Hüquq elmləri doktoru, Professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafa, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer, Almaniya Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof. Dr. Mixaela Vittinqer, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann beynəlxalq tədbirdə çıxış edəcək, həmçinin, müzakirələrə qatılacaqlar.
AzVision.az