Müxalifət özünü lap biyabır elədi - FOTOLAR

Müxalifət özünü lap biyabır elədi - FOTOLAR
  28 Oktyabr 2013    Oxunub:1285
100 min dedilər heç min nəfər gəlmədi.
Bu gün müxalifətin növbəti mitinqi keçirildi. Milli Şura aksiyanın saat 16:00-a ənənəvi aksiya məkanına təyin edib. Belə ki, bu mitinq də “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionunda oldu.

Qeyd edək ki, müxalifətin 27 oktyabr aksiyası Milli Şuranın 9 oktyabr prezident seçkilərinin nəticələrinə etirazını ifadə etmək məqsədi daşıyır. Belə ki, müxalifət seçkinin nəticələrindən razı qalmayıb. Yəni dolayı yolla desək xarici düşmənlərin danışmağa bir şey tapmaları üçün planın doldurulması üçün keçirilən aksiya. Özdə bu aksiya seçkidən sonra keçirilən ikinci etiraz aksiyasıdır. Milli Şura 9 oktyabr seçkilərindən bir həftə sonra da etiraz aksiyası keçirmiş, amma aksiyaya gözləniləndən xeyli az adam gəldiyindən, özlərini gülünc vəziyyətdən xilas etmək üçün bu günki aksiyaya da əl atdı.

Bu dəfə isə özlərini lap biyabır etdilər. Nədənsə söz verdikləri yüz min adamın heç yüzdə biri güclə yığışmışdı. Təəsüf ki, havanın yağmurlu olması bu dəfə də onlara bəhanə verdi. Amma əlbətdəki bu müxalifətin əlinə bəhanə versədə, normal düşüncəli insan bilir ki, havanın yağmurlu olması 99 min adamın hamısının gəlişinə mane ola bilməz.

Yağmurdan söz açmışkən, müxalifətçi fəallar sosial şəbəkələrdə “yağış yağsa da mitinqə getmək lazımdır” təbliğatını nəyi var apardı. Hətta İsa Qəmbər məsələyə sevgi qataraq “yağışlı havada mitinqin başqa bir romantikası var” dedi. Amma bu da tutmayanda həmeşəki kimi keçdilər bayraq siyasətinə. Hərənin əlində tuta bildiyi qədər bayraq var idi.

Nəysə...vaxtı bir az uzatdılar ki, adam yığılsın gördülər o da gəlmir mitinqi başladılar. Müxalifət liderlərindən Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, AXCP Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və digərləri aksiyaya qatılsalar da tribunanı yenə də C.Həsənliyə buraxdılar. Cəmil Həsəsnli isə öz növbəsində artıq `sağlıqlarından` və şerlərindən elə bil yorulduğundan, tribunanı heç kimin tanımadığı gənc fəalların ixtiyarına vermişdi. Gənclərdə nə gənclər.., əslində müxalifətin tükəndiyin isbat edən çıxışları o qədər primitiv (sözün əsl mənasında) məzmunsuz və məntiqsiz idi ki, heç qışqırmağa hazır publika tərəfindən də ciddi reaksiya ilə, alqışlarla qarşılanmırdı. Bundan sonra Cəmil Həsənli biyabır olduqların görüb vəziyyəti ələ almaq istəyir və çıxışa başlayır, amma təzəlikcə pensiyaya çıxan Cəmil Həsənlidə ola bilər havanın soyuqluğundan `sağlığını` düzəmməlli deyə bilməyib mitinqi bağlı elan edir və bununla da müxalifətin sınıq-salxaq, sönük, mənasız bayraq oyunu heç bir insident olmadan bitir.

Qalereya




Teqlər:  





Xəbər lenti