Azərbaycan Mətbuat Şurasının məlumatı

Azərbaycan Mətbuat Şurasının məlumatı
  28 Oktyabr 2013    Oxunub:1052
AzVision.az xəbər verir ki, Azərbaycan Mətuat Şurası oktyabrın 27-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Aksiya gedişində prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə də bununla bağlı hər hansı müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə etdi.


Teqlər:





Xəbər lenti