İlham Əliyev Litvalı naziri qəbul etdi

İlham Əliyev Litvalı naziri qəbul etdi
  06 Mart 2013    Oxunub:1561
İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2013-cü ildə Avropa İttifaqına sədrlik edəcək Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyus Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ştefan Füleyə çatdırmağı xahiş edib.

Azvision.az


Teqlər:  





Xəbər lenti