Rəsul Quliyev Milli Şuranı yenə ələ saldı

Rəsul Quliyev Milli Şuranı yenə ələ saldı
  28 Oktyabr 2013    Oxunub:1097
“Milli Şuranın mitinqi bir daha göstərdi ki, xalq müxalifətə inanmayacaq”
AzVision.az zəbər verir ki, bu fikirləri Açıq Cəmiyyət Partiyasının eks-spikeri Rəsul Quliyev Milli Şuranın ötən gün keçirdiyi mitinqi qiymətləndirərkən bildirib.

R.Quliyev müxalifət liderlərini ələ salaraq onların siyasətdən kənar insanlar olduqlarını deyib:

“Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyil. Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar. Milli Şura deyilən təşkilat zəifləmiş İctimai Palata üstəgəl Cəmil Həsənlidən ibarətdir. Müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinqdə camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər. Çox şeyi sadalamaq olar, ancaq bir şey gün kimi aydındır. Milli Şura deyilən qurum ya real müqavimət planı hazırlayıb xalqın müzakirəsinə verməli, ya da camaatı çaşdıran əməllərdən çəkinməlidir”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti