Gürcüstanın yeni prezidenti – 44 yaşlı subay Marqvelaşvili

Gürcüstanın  yeni prezidenti – 44 yaşlı subay Marqvelaşvili
  28 Oktyabr 2013    Oxunub:1199
Oktyabrın 27-də Gürcüstanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili qalib gəlib.

Rəqiblərini geridə qoyan Giorgi Marqvelaşvili indiyədək bir sıra vəzifələrdə çalışıb. 44 yaşı var. O, 4 sentyabr 1969-cu ildə Tiflisdə anadan olub. 1992-ci ildə Tiflis Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib, 1993-1994-cü illlərdə Mərkəzi Avropa Universitetində sosiologiyanı öyrənib.

1992-1995-ci illərdə turist firmasında bələdçi(gid), nəşriyyatda menecer assistenti işləyib. 1996-1997-ci illərdə Tiflis Müstəqil Universitetində fəlsəfədən dərs deyib.

Giorgi Marqvelaşvili 2000-ci ilədək Milli Demokratik İnstitutda proqram məsləhətçisi olub.

Heç bir siyasi partiyanın üzvü olmayan yeni prezident İvanişvilinin komandasında təhsil naziri postunda çalışıb.

Giorgi Marqvelaşvili hazırda evli olmasa da bir qızı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti