YAP-dan Gürcüstandakı seçkilərlə bağlı İLK AÇIQLAMA

YAP-dan Gürcüstandakı seçkilərlə bağlı İLK AÇIQLAMA
  28 Oktyabr 2013    Oxunub:1022
“Onun hakimiyyətə gəlməsi stabil bir Gürcüstanın möhkəmlənməsinə kömək edəcək“

Hakim Yeni Azərbaycan Partiyası (YAP) qonşu Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

Partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında Georgi Marqvelaşvilinin qələbəsinin Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu deyib:

“Hesab edirəm ki, seçkilərdə səslərin böyük əksəriyyətini qazanan Georgi Marqvelaşvilinin Gürcüstanın bundan sonra da bir dövlət kimi möhkəmlənməsində böyük rol oynayacaq.

Qeyd edim ki, onun mənsub olduğu “Gürcü arzusu” partiyası Azərbaycanla münasibətlərə çox böyük önəm verir və əlaqələri genişləndirməyə çalışır. Onun hakimiyyətə gəlməsi stabil bir Gürcüstanın möhkəmlənməsinə kömək edəcək. Həm hökumətin, həm də dövlət başçısının eyni partiyanın nümayəndələri olması da müsbət haldır. Bundan sonra Gürcüstan qonşu ölkələr ilə münasibətlərinin qaydasında olmasında da maraqlı olacaq. Həmçinin, Azərabaycan da stabil Gürcüstanın olmasında maraqlıdır və münasibətlərə çox böyük önəm verir. Əlaqələr dost və və qardaş ölkə müstəvisində davam edəcək”- deyə A. Mirzəzadə qeyd edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti