Zakir Həsənov ehtiyatda olan generala vəzifə verdi
“Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiyatda olan general-mayor Anatoliy Vasyaki (Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisini, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti olmuş adamı) nazirlikdə yeni vəzifəyə təyin edib. Verilən məlumata görə, o MN-də yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edib. Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ən yaxın dostlarından və sirdaşlarından biridir.
Sabiq müdafiə naziri ilə bağlı yaxın saatlarda məlumatın olması gözlənilir”-deyə, Ü.Cəfərov qeyd edib.
Müdafiə Nazirliyindən rəsmi məlumat almaq istəsək də, cəhdlərimiz boşa çıxdı.
Sevinc