Hadi Rəcəbli Səlim Müslümovu əvəz etməyəcək

Hadi Rəcəbli Səlim Müslümovu əvəz etməyəcək
  28 Oktyabr 2013    Oxunub:1111
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin Dövlət Sosial Müdafiə Fonduna (DSMF ) sədr göndəriləcəyi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə AzVision.az millət vəkilinin köməkçisi Elşən Cəfərov məlumat verib.

“Hadi müəllim hazırda tədbirdədir, ona görə də telefona cavab verə bilmir. Onun yeni vəzifəyə göndəriləcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Elə bir söhbət qətiyyən yoxdur`-deyə deputatın köməkçisi yayılan xəbəri təkzib edib.

Qeyd edək ki, mətbuatda Hadi Rəcəblinin DSMF-yə sədr keçəcəyi barədə xəbələr yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti