Vəkili Fərhad Əliyev və qardaşını tapa bilmir

Vəkili Fərhad Əliyev və qardaşını tapa bilmir
  28 Oktyabr 2013    Oxunub:4725
Prezidentin sərəncamı ilə yenicə əfv olunanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı - "Azpetrol" şirkətinin keçmiş sahibi Rafiq Əliyev azad olunan gün mətbuatda görünsələr də sonradan qardaşların hər ikisi “yoxa çıxıb”.
Onların hazırda harada olması və ya nə işlə məğul olmaları məlum deyil. Görünür sabiq iqtisadi inkişaf naziri mətbuat və media ilə əlaqə yaratmaqdan çəkindiyindən bu addımı atır.

AzVision.az Fərhad Əliyevlə əlaqə yarada bilmədiyi üçün onun keçmiş vəkili Elton Quliyevdən sabiq nazir haqqında məlumat əldə etməyə çalışıb.

Vəkil özü də eks-nazirdən xəbərsiz olduğunu deyib. E.Quliyevin sözlərinə görə, o bir neçə gün ərzində cəhd etsə də Fərhad Əliyevin əlaqə nömrəsini və ya onun harda olması haqqında məlumat əldə edə bilməyib.

“Mən bacardığım qədər cəhd etsəm də Fərhad Əliyevin nə özünü, nə də qohumlarının, ona yaxın olan adamların əlaqə nömrəsini tapa bilmədim. Görünür bu adam mobilni telefon işlətmir”- deyə E. Quliyev bildirib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti