Əli Həsənovun səlahiyyətləri artırıldı

Əli Həsənovun səlahiyyətləri artırıldı
  28 Oktyabr 2013    Oxunub:1082
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında" 2007-ci il 1 mart tarixli qərarında dəyişikliklər edilib.
AzVision.az xəbər verir ki, yeni qərarla komitənin səlahiyyəti artırılıb.

Belə ki, seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmənzilli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən həyata keçiriləcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti