Nazirin yeni kadrı Arzu Tairquliyeva KİMDİR?

Nazirin yeni kadrı Arzu Tairquliyeva KİMDİR?
  28 Oktyabr 2013    Oxunub:3129
Mikayıl Cabbarovun yeni kadrı kimdir?
Təhsil nazirinin müvafiq əmrinə əsasən Arzu Tairquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin edilib.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Arzu Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirib.

2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili alıb.

Bundan öncə isə A.Tairquliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışıb.

Qeyd edək ki, Arzu Tairquliyeva Zəminə Əliqızını əvəz edib.

Sevinc


Teqlər:  





Xəbər lenti