Gürcüstanın yeni prezidenti azərbaycanlılara VƏD verdi

Gürcüstanın yeni prezidenti azərbaycanlılara VƏD verdi
  28 Oktyabr 2013    Oxunub:1075
“Marqvelaşvili Azərbaycan xalqını həddindən artıq çox sevən bir adamdır”.

AzVision.az-a açıqlamasında bu sözləri “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı millət vəkili Əli Məmmədov deyib.

O, yeni seçilən prezident Georqi Marqvelaşvilinin Borçalıda yaşayan azərbaycanlılarla bağlı planlarından danışıb:

“Marqvelaşvilinin Azərbaycana qarşı çox gözəl münasibəti var və Azərbaycan xalqını həddindən artıq çox sevən bir adamdır. Elə hər fürsət tapan kimi azərbaycanlılar kompakt yaşayan ərazilərə baş çəkir. Elə Novruz bayramında, eləcə də seçkiqabağı təşviqat dövründə də tez-tez gəlib, insanların problemlərini dinləyirdi”

Deputatın fikrincə yeni prezident soydaşlarımızın üzləşdikləri problemlərin tezliklə həll ediləcəyini bildirib: “Bizim burada ən böyük problemlərimizdən biri məktəblərdəki təhsil problemidir. Neçə dəfə də həm namizəd olanda, həm təhsil naziri olaraq bu haqda danışırdı. O, bildirirdi ki, bu istiqamət üzrə işlər gedir. Azərbaycan məktəblərində reformalar olacaq, ən yaxşı islahatlardan biri isə o olacaq ki, məktəblər tam təmir olunacaq və məktəblər avtobuslarla təmin olunacaq. Uşaqlar məktəbə avtobuslarla aparılıb gətiriləcək.

Bundan başqa Gürcüstanda məktəbə gedən uşaqlar pulsuz, məktəb ləvazimatlar ilə təmin olunurlar. Amma əvvəllər hər ailə bunun üçün 300-500 lari pul xərcləyirdi. İndi isə kitabların hamısı pulsuz olacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti