Hafiz Hacıyev cangüdənlə gəzəcək

Hafiz Hacıyev cangüdənlə gəzəcək
  28 Oktyabr 2013    Oxunub:1109
Müasir Müsavat Partiyasının (MMP) sədri, keçmiş prezidentliyə namizəd Hafiz Hacıyevə qarşı sui-qəsd etmək istəyirlər.

AzVision.az xəbər verir ki, bu barədə MMP-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, H. Hacıyevlə Milli Şuranın keçmiş prezidentliyə namizədi arasında İTV-də namizədlərə ayrılan pulsuz efir vaxtı yaşanan insidentdən sonra ona qarşı təzyiqlər başlayıb.

Hər debatdan sonra H. Hacıyevin şəxsi telefonuna gələn nömrəli və nömrəsiz zənglərdən onu təhqir edib və öldürəcəkləri ilə hədələyiblər. Hafiz Hacıyevin avtomobilinin izləndiyi də dəfələrlə hiss edilib.

“2-3 gün öncə isə gecə saatlarında partiyanın qərargahına iki şübhəli şəxs gələrək təşkilata üzv olmaq istədiklərini deyiblər. Onların hərəkətlərindən şübhələnən partiya funksioneri bu haqda hüquq-mühafizə orqanlarına xəbər verib. Bundan sonra həmin şəxslər MMP qərargahından tələsik uzaqlaşıblar. Hal-hazırda partiya sədrinin mühafizəsi daha da gücləndirilib”, – deyə məlumatda bildirilir.

Mirvari


Teqlər:  





Xəbər lenti