Gülər Əhmədovanın ən son FOTOLARI

Gülər Əhmədovanın ən son  FOTOLARI
  28 Oktyabr 2013    Oxunub:1196
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı ikinci məhkəmə iclası keçirilib.
Əsas diqqət Gülər Əhmədovanın geyiminə yönəlib. O, məhkəməyə qapalı libasda gəlib. G.Əhmədova topuğuna qədər uzanan don geyinib. Başını isə bağlayıb. Sabiq deputatın iri eynək taxması da diqqətdən yayınmayıb.

Xatırladaq ki, bir müddət əvvəl həbsdə olan sabiq deputatın həbsxanada ibadətə başlaması barədə məlumatlar yayılmışdı. Gülər Əhmədovanın məhkəməyə geyindiyi libas da bunu təsdiq edib.(publika)

Onu da qeyd edək ki, eks deputatın bu gün keçirilən məhkəməsi təxirə salınıb. Səhhəti pisləşən Gülər Əhmədovanın növbəti məhkəmə prosesi oktyabrın 31-də keçiriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti