Eldar Sabiroğlunun müavini də işdən çıxarıldı

Eldar Sabiroğlunun müavini də işdən çıxarıldı
  28 Oktyabr 2013    Oxunub:1921
“Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşları Teymur Abdullayev və İsa İsmayılov vəzifələrindən kənarlaşdırılıblar”.
Bunu AzVision.az-a açıqlamasında hərbi eksperti Üzeyir Cəfərov deyib.

“Müdafiə Nazirliyində hazırda kadr dəyişiklikləri davam edir. Eldar Sabiroğlu polkovnikdir, o 3 aylıq məzuniyyətə göndərildi, ondan sonra da ordudan təxris olunacaq. Eləcə də Nazirliyin mətbuat xidmətinin əməkdaşları Teymur Abdullayev və İsa İsmayılov vəzifələrindən kənarlaşdırılıb. Hələ ki, bu barədə heç bir məlumat yoxdur ki, onların yerinə kim təyin olunub”.

Hərbi ekspert nazirlikdə vəzifəyə təyin olunacağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.

“Mənim haqqımda tez-tez deyirlər ki, nazirliyin mətbuat xidmətinə rəhbər təyin olunacam. Mən bunu sadəcə gülərək qarşılayıram. Çünki bu barədə nazirlikdən heç kim mənlə danışmayıb. Amma gələn ay mənim 50 yaşım olacaq. Əgər belə bir təklif olsa, mən məmnuniyyətlə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsində işləyərəm”-deyə, Ü.Cəfərov qeyd edib.

Üzeyir Cəfərov Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədovanın Müdafiə Nazirliyinə mətbuat xidməti vəzifəsinə gətirilməsinə də münasibət bidlirib:

“Təranə Məmmədova hazırda Daxili Qoşunların mətbuat xidmətində işləyir. Onunla mən bir yerdə işləmişəm. O bu vəzifəyə gəlsə sevinərəm. Lakin, yenə də deyirəm, bu nazirin aldığı qərarlardır. Hər şey ola bilər”.

Qeyd edək ki, işdən çıxarıldığı bildirilən Teymur Abdullayevlə əlaqə saxlamağa çalışsaq da o telefonlara cavab verməyib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti