Nazirlik məişət zorakılığına qarşı seminara başladı
Seminarın məqsədi «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun təbliği, qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli Fərmanının icra mexanizminin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təkmilləşdirilməsi üsullarının müəyyən olunması, müvafiq fəaliyyət sahəsində beynəlxalq və milli təcrübələrin mübadiləsidir.
Tədbirdə həmçinin məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərin müəyyən olunması və mövcud potensiallarının qiymətləndirilməsi, onların akkreditasiyasını tənzimləyən aspektləri, bu sahədə işləyən mütəxəssislərin potensialının təkmilləşdirilməsi kimi məsələlər də müzakirə olunur.
AzVision.az