Teymur Abdullayevdən AÇIQLAMA: “İşdən çıxarılmamışam”

Teymur Abdullayevdən AÇIQLAMA: “İşdən çıxarılmamışam”
  28 Oktyabr 2013    Oxunub:908
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev işdən çıxarılması haqda ekspert Üzeyir Cəfərovun açıqlamasını təkzib edib.
AzVision.az-a danışan nazirlik rəsmisi işdən çıxarılmadığını deyib.

“İşdən çıxarılmamışam, yayılan məlumatlar doğru deyil. Nə mən, nə də İsa İsmayılov işdən çıxarılmamışıq, yalan xəbərdir”-deyə T.Abdullayev açıqlama verib.

Qeyd edək ki, hərbi ekspert Üzeyir Cəfərov Teymur Abdullayev və İsa İsmayılovun işdən çıxarıldığını bildirmişdi.

Nihadə


Teqlər:  





Xəbər lenti