“Ailələrinin son qəpiyinə qədər uduzurlar”
Millət vəkili qumarın bütün variantlarının əleyhinə olsa da, bu prosesin Qanunla tənzimlənməsini doğru hesab edirəm: “Bu yerləri bağlamaqla yenidən hər şeyin qara bazara dönməsinə şərait yaradıla bilər. Sadəcə burada proqnozlarda iştirak edənlər üçün 18 yaşdan yuxarı yaş məhduddiyyətinin olması normaldır. Bəzi məsuliyyətsuiz insanlar bu prosesde ailəsinin son qəpiyinə qədər uduzaraq müflisləşirlər, acınacaqlı duruma düşürlər. Bu kateqoriyadan olan insanların da belə fəaliyyətlərdən çəkindirilməsi üçün təbliğat işləri gücləndirilməlidir”-deyə F.Mustafa bildirib.
AzVision.az