İcra hakimiyyətləri ilə bağlı Milli Məclisə təqdimat göndərildi

  29 Oktyabr 2013    Oxunub : 568
İcra hakimiyyətləri ilə bağlı Milli Məclisə təqdimat göndərildi
Hesablama Palatasında Kollegiya iclası keçirilib.

Palatanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 25-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu, ehtiyat fondları, mənzil və kommunal təsərrüfatı bölmələrindən Gədəbəy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, “Milk-Pro” MMC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, “Bakı İnşaat Layihə” QSC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi və XızıBakı şəhəri Nərimanov rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib və nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiyada, həmçinin, Xızı rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə, AğstafaAstara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Naxçıvan MR büdcəsindən Naxçıvan MR Meşə Təsərrüfatı İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə və Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları da təsdiq olunub.

Rüstəm İsmayılov

Teqlər: