Zakir Həsənov daha 2 generalı işdən çıxardı

Zakir Həsənov daha 2 generalı işdən çıxardı
  29 Oktyabr 2013    Oxunub:2640
Nazirlikdə növbəti kadr dəyişikliyi
Müdafiə Nazirliyində yenidən kadr dəyişikliyi həyata keçirilib. Hərbi ekspert Üzeyir Cəfərovun AzVision.az-a bildirdiyinə görə, ötən gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib.

“Adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülənlərdəndi. Və onun general olması bir çoxları üçün şok effekti yataratmışdı. O nazirliyin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs idi”.

Ekspertin sözlərinə görə, Silahlı Qüvvələrin Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıb.

“Onun yerinə isə son günlər mətbuatın dostu olan general-mayor Altay Mehtiyevin təyin olunduğu bildirilir. Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət Müdafiə Nazirliyinin Mühafizə Alayının komandiri olmuş bu şəxs də verilən məlumata görə tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı.

Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib. Müdafiə Nazirliyində elə bir şok təyinat həyata keçirilib ki, şəxsən mən inanmaq istəmədim və gözləyirəm ki, Nazirlik təmsilçiləri özləri buna aydınlıq gətirsinlər. Olmazsa gün ərzində ehtiyatdan gətirilmiş bir baş leytenantın mühüm bir ocağa necə və niyə rəhbər təyinatına münasibət bildirəcəyik. Şəxsən bu yanaşma hesab edirəm ki, anlaşılan deyil. Belə olmaz. Digər təyinatlar da həyata keçirilib”.

AzVision.az



Teqlər:  





Xəbər lenti