Vasif Talıbov təltif edilib

Vasif Talıbov təltif edilib
  29 Oktyabr 2013    Oxunub:1085
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına görə diplomla təltif olunub.

AzVision.az xəbər verir ki, diplomu Naxçıvan MR sədrinə Azərbaycan Hüquqşünasları Konfederasiyasınin sədri, millət vəkili Əli Hüseynli təqdim edib.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) mövzusunda ikigünlük Beynəlxalq seminar keçirilir.

Seminarın işində milli və beynəlxalq ekspertlər iştirak edir.


Teqlər:  





Xəbər lenti