Azay Quliyev Vyanaya dəvət edildi
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərdə məqsəd ATƏT PA-nın prezidenti Ranko Krivokapicin şəxsi dəvəti ilə ATƏT-in Daimi Şurasının sessiyasında iştirak etməkdir. Sessiyada quruma üzv ölkələr arasında strateji əməkdaşlıq üzrə gələn ilin prioritet istiqamətləri və bir sıra digər vacib məsələlər müzakirə olunacaq.
Teqlər: