Avropa İttifaqı: “Heç kim Bakı və İrəvana hansısa həll variantını sırıya bilməz”
“Həmsədrlər İrəvanda görüşlər keçirdi və biz onların səylərini yüksək qiymətləndiririk. Bizim üçün aydındır ki, münaqişənin həllini danışıqlar yolu ilə münaqişə tərəflərinin özləri tapmalıdırlar. Heç kəs hansısa həll variantını sırıya bilməz. Nikbinliyimizi itirmirik və ümid edirik ki, nə zamansa münaqişənin həllinə nail olacağıq”, – deyə, Aİ-nın rəsmisi bəyan edib.
Xatırladaq ki, Ermənistandakı səfir səlahiyyətlərini başa vurmağa hazırlaşan Riçard Mills bu günlərdə bəyan etmişdi ki, “işğal edilmiş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, həmsöhbət olduğum ermənilərin əksəriyyəti danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qəti qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə “sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan DağlıqQarabağ ABŞ ATƏT Avropaİttifaqı







Vaxtında, Aydın, Lazımlı!


