Nazirlər Kabinetinin işçilərinə ev veriləcək

Nazirlər Kabinetinin işçilərinə ev veriləcək
  29 Oktyabr 2013    Oxunub:1130
Nazirlər Kabinetinin işçiləri üçün yeni yaşayış binaları tikilir
Musabəyov dairəsi (Zərgərlik Zavodu yaxınılığında) adlanan ərazidə başlanan tikinti işləri 1 hektar sahəni əhatə edir. Burada üç yaşayış binasının inşası aparılır. Bu barədə tikinti işlərini aparan «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli məlumat verib.

Onun sözlərinə görə, yaşayış binaları 20 mərtəbəli olacaq və ümumilikdə burada 360 mənzilin olması nəzərdə tutulub.

«Bu binalarda mənzillərin 1-4 otaqlı olması nəzərdə tutulub. Mənzillərin sahəsi 70-200 kv. metr olması planlaşdırılır. Həmçinin, yaşayış binalarının həyətində avtomobillər üçün dayanacaq da tikiləcək. Tikinti işlərini gələn ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırırıq», - deyə İ.Nehrəmli qeyd edib.(apa)



Teqlər:  





Xəbər lenti