PKK-nın silah anbarları məhv edilib

PKK-nın silah anbarları məhv edilib
  31 Oktyabr 2018    Oxunub:2711
Türkiyə Hərbi Hava Qüvvələri yenidən PKK terror təşkilatının İraqın şimalında yerləşən mövqelərinə zərbələr endirib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, aviazərbələr zamanı terrorçuların sığınacaq və silah anbarları darmadağın edilib, 7 PKK yaraqlısı məhv edilib.

Hazırda bölgədə anti-terror əməliyyatları davam etdirilir.

Azvision.az







Teqlər: PKK   Türkiyə   İraq  



Xəbər lenti