“Gəlin, qlobal alyans yaradaq” - Almaniyadan çağırış

 “Gəlin, qlobal alyans yaradaq” -  Almaniyadan çağırış
  02 Noyabr 2018    Oxunub:2966
Almaniyanın iqtisadiyyat naziri Piter dünyada getdikcə artan proteksionizm qarşısında bazar iqtisadiyyatının qorunması naminə yeni qlobal alyansın formalaşdırılmasına çağırış edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Altmayer bu çağırışı İndoneziyanın paytaxtı Cakartada alman biznesi üzrə keçirilən Asiya-Sakit okeanı konfransında çıxışı zamanı edib.

“Gəlin, bazar iqtisadiyyatının xeyrinə qlobal alyans yaradaq. Dünyanın istədiyi proteksionizm yox, məhz budur” - Altmayer bəyan edib.

Bununla belə, o, Ümumdünya Ticarət Təşkilatının daha effektiv fəaliyyət göstəməsinin də vacibliyini bildirib: “Almaniya Ümumdünya Ticarət Təşkilatında islahatlar yolu ilə qaydalara əsaslanan azad ticarət nizamının qorunması üzrə cəhdləri dəstəkləyəcək. Ümumdünya Ticarət Təşkilatı mükəmməl deyil, amma mən daha təsirli alternativ görmürəm”.

Almaniyalı nazir onu da əlavə edib ki, transatlantik ticarət savaşının həlli üçün ilin əvvəlində Avropa İttifaqı və ABŞ arasında tariflər üzrə imzalanan anlaşma təcili olaraq tətbiq edilməlidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Almaniya   ÜTT   ABŞ   Avropaİttifaqı  



Xəbər lenti