Əri Gülər Əhmədovadan danışdı: “Gəlib görərsiniz”
“Mən də onu dünəndən görənəm. Bilmirəm səhhəti necə oldu. Məhkəməyə gəlib, görə bilərsiniz”- deyə F. Əhmədov bildirib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlərə Dair Məhkəmədə eks deputat Gülər Əhmədovanın məhkəməsi olub. Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə prosesi oktyabrın 31-ə qədər təxirə salınıb. G. Əhmədova Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq)
maddələri ilə təqsirli bilinir.
Nihadə Eyyubova