İlham Əliyevin Türkiyə səfəri ilə bağlı rəsmi açıqlama - EKSKLÜZİV

İlham Əliyevin Türkiyə səfəri ilə bağlı rəsmi açıqlama -  EKSKLÜZİV
  29 Oktyabr 2013    Oxunub:1082
Prezidentin mətbuat xidməti ölkə başçısının Türkiyə səfəri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

AzVision.az-a eksklüziv açıqlamasında prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov ölkə başçısının sabah Türkiyəyə gedəcəyindən məlumatsız olduqlarını bildirib.

“Bizdə belə bir məlumat yoxdur”.

Qeyd edək ki, türk mətbuatının yazdığına görə, prezident İlham Əliyev sabah qardaş ölkəyə səfərə gedəcək. Səfər zamanı dövlət başçısının Türkiyəli həmkarı Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi, eyni zamanda iqtisadi əməkdaşlıq məsələlərinin genişləndiriliməsi ilə bağlı müzakirələrin aparılacağı bildirilib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti