Qarabağlı deputatlar Zeynəb Xanlarovaya CAVAB verdilər

Qarabağlı deputatlar Zeynəb Xanlarovaya CAVAB verdilər
  30 Oktyabr 2013    Oxunub:1032
Aqill Abbas: “Bunun nə dəxli var ki?”

Milli Məclisin ötən gün keçirilən plenar iclasında Xalq artisti, millət vəkili Zeynəb Xanlarova deputat həmkarlarına etiraz edərək, onların Qarabağ mövzusundan danışmamasından gileylənib.

Xalq artisti çıxışında bildirib ki, Milli Məclis üzvləri başqa ölkələrdə baş verən hadisələri parlamentdə müzakirə edirlər, amma Qarabağ məsələsini yada salmırlar.

“Nəyimə lazımdır başqa ölkələrdə kim-kimə qulaq asır. Mən istərdim ki, hər dəfə biz Qarabağdan danışaq. Başqa söhbətlər edənlər Qarabağdan olmayan deputatlardır, istərdim ki, Qarabağdan olan deputatlar danışsınlar”-deyə deputat həmkarlarına öz etirazını bildirib.

AzVision.az Qarabağdan olan millət vəkillərindən Zeynəb Xanlarovanın çıxışına münasibət öyrənib.

Xankəndindən olan millət vəkili Flora Qasımova Qarabağla bağlı dəfərlərlə mətbuatda çıxış etdiyini bildirib:

“Mətbuata bu barədə dəfərlərlə açıqlamalar, müsahibələr vermişəm. Bunları sizə təqdim də edə bilərəm. Telekanallarda, mətbuatda tez-tez çıxışlar edirik, amma daha da aktiv olmalıyıq.İndi Milli Məclisdə hər dəfə yeri düşdü-düşmədi danışmasaq da, Zeynəb xanımın iradı ilə razıyam, düzdür. Biz daha çox Qarabağdan danışmalıyıq”.

Milli Məclisin Ağdamdan seçilən millət vəkili Aqil Abbas isə qarabağlı deputatların sözlə yox əməllə iş gördüklərini vurğulayıb:

“Qarabdağdan olan deputatlar iş görürlər, planlarına uyğun hərəkət edirlər, camaatla görüşürlər, onların problemlərini həll edirlər. Qarabağlı olmayan deputatlar isə danışırırlar. Həm də ki, Milli Məclisdə deputatı qarabağlı, ya bakılı, ya da yevlaxlıya bölürlər? Bunun nə dəxli var ki?”-deyə, deputat cavab verib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti