Avropadan İrana dəstək, ABŞ-a etiraz

Avropadan İrana dəstək, ABŞ-a etiraz
  05 Noyabr 2018    Oxunub:2784
Avropa İttifaqı (Aİ) Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxan ABŞ-ın İrana qarşı növbəti sanksiyaları bərpa etməsinin əleyhinədir.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi “Franceinfo” radiosuna açıqlamasında Vaşinqtonun İrana qarşı sanksiyalarının qüvvəyə minməsinə münasibət bildirərəkən deyib.

“Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini təqdir etmir və dəstəkləmir”, – deyə avrokomissar vurğulayıb.

Qeyd edək ki, bu gündən etibarən ABŞ-ın İrana qarşı enerji, maliyyə- bank və gəmi daşımaları sektorlarına qarşı sanksiyaları qüvəyə minib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Avropaİttifaqı   ABŞ  



Xəbər lenti