Piza qülləsi qəddini düzəldir

Piza qülləsi qəddini düzəldir
  30 Oktyabr 2013    Oxunub:1417
Əyri duruşu ilə dünyada məşhurlaşan Piza qülləsi qeyri-adiliyini itirir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan son təmirdən sonra qüllə 2,5 santimetr düz istiqamətə meyillənib. Qüllədə aparılan son ölçü işləri belə deməyə əsas verir.

Piza qülləsində təmir işlərinə 10 il əvvəl start verilib və bu işlərə 25 milyon avro xərclənib. Mütəxəssislərin hesablamalarına görə, Piza ildən-ilə şaquli olacaq. Halbuki təmirdən əvvəl qüllə ildə təqribən 1 millimetr əyilirdi. 2002-ci ildə isə Pizanın əyriliyini təqribən 15 millimetr düzəltmək mümkün olmuşdu.


Teqlər:





Xəbər lenti