Rəsul Quliyevdən AXCP və Müsavata gülməli təklif
“Rauf Arifoğlunun Müsavat və AXCP-nin birləşməsi təklifi bu gün üçün ən düzgün təklifdir. Əgər liderlərinin imkanları ilə mütənasib olmayan ambisiyaları olmasaydı bu partiyalar elə əvvəldən bir partiya adı altında olardı. Təəssüf ki, şəxsi maraqlar əslində Əbülfəz Elçibəyin yaratdığı qurumu parçaladı. Aydın məsələdirki onlar nə təklikdə, nə də birləşmiş şəkildə hakimiyyətə qalib gəlmək şansına malik deyillər. Ancaq birləşmək pozitiv effekt verə bilər. Yaranacaq partiyanın sədri Cəmil müəllim və ya başqa birisinin olacağını demək çətindir, hər halda açıq seçki olmalıdır. Ancaq bu təklifin baş tutacağına ümid demək olar ki, yox dərəcəsindədir. Hər ikisinin birinci olmaq ehtirası bu partiyaların birləşməsinə imkan verməyəcək”.
Rüstəm İsmayılov
Teqlər: