Ukraynanın baş prokuroru istefa verdi

Ukraynanın baş prokuroru istefa verdi
  06 Noyabr 2018    Oxunub:2739
Ukraynanı baş prokuroru Yuri Lutsenko istefa verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə parlamentində çıxış edən baş prokuror qərarını Xerson merinin müşaviri Yekatrina Qandzyuka hücum faktı ilə bağlı işin vicdanlı araşdırılmamasına dair səsləndirilən ittihamlarla əlaqələndirib.

"Ukrayna prezidentinə istefa verdiyimi bildirirəm. Siz bu məsələyə parlamentdə mütləq baxmalısınız. Xahiş edirəm, bunu bu həftə ərzində edin. Hüquq-mühafizə sistemində açılmış cinayətlərlə bağlı sübutlar belə məhv edilirsə, mən ölkədə ikihakimiyyətliliyin yaranmasına yol verə bilmərəm”, - o vurğulayıb.

Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti