Milli Məclisdən qalmaqallı səsvermə ilə bağlı AÇIQLAMA

Milli Məclisdən qalmaqallı səsvermə ilə bağlı AÇIQLAMA
  30 Oktyabr 2013    Oxunub:1219
“Bu qədər böyütməyə, şişirtməyə ehtiyac yoxdur”

Milli Məclisin ötən gün keçirilən iclasında gündəliyə çıxarılan qanun layihələrinin səsverməsi zamanı kuryoz hadisə baş verib. Belə ki, deputatın digər bir həmkarının yerinə səs verməsi sosial şəbəkələrdə, eləcə də mətbuatda geniş müzakirə mövzusunda çevrilib.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a sözügedən olayla bağlı açıqlama verib. A.Təvəkküloğlu hadisənin belə şişirdirlməsinin doğru olmadığını bildirib.

“Bunu bu qədər böyüdüb sensassiya yaratmağın heç bir mənası yoxdur. Bu bir,ya da iki dəfə ola bilən hadisədir. Ola bilər ki, iclas zamanı hansısa millət vəkilinin nəsə işi çıxsın və deputat həmkarına tapşırsın ki, mən səsverməyə çata bilməsəm, bu qanun layihəsinə səs versin. Bunu bu qədər böyütməyə, şişirtməyə ehtiyac yoxdur”-deyə A.Təvəkküloğlu açıqlama verib.

Qeyd edək ki, bu məlumatı Virtualaz.org saytı işıqlandıraraq kimliyi dəqiq bilinməyən millət vəkilinin başqa deputatın yerinə səs verməsi anını lentə alıb. Qalmaqala səbəb olan deputatın Rasim Musabəyov olduğu bildirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti