Prezidentin Türkiyəyə səfər xəbəri yalan çıxdı

Prezidentin Türkiyəyə səfər xəbəri yalan çıxdı
  30 Oktyabr 2013    Oxunub:1176
Səfirliklərdən prezidentin Türkiyə səfərinə reaksiya

Prezident İlham Əliyevin bu gün Türkiyəyə səfərə gedəcəyi ilə bağlı qardaş ölkə mətbuatı məlumat yayıb. Türk xəbər agentliklərinin məlumatına görə, prezident İlham Əliyev oktyabrın 30-da baş tutacaq səfər zamanı həmkarı Abdulla Gül və Ərdoğanla görüş keçirəcək.

AzVision.az-ın əməkdaşı Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əlaqə saxlayaraq xəbəri dəqiqləşdirməyə çalışıb.

Səfirliyin mətbuat katibi Elsevər Salmanov prezident İlham Əliyevin bu gün Türkiyəyə səfər etməsinin nəzərdə tutulmadığını bildirib.

Türkiyənin Azərbaycandakı Səfirliyi də onlarda belə bir məlumatın olmadığını açıqlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun Azərbaycan prezidentinin ilk xarici səfərini Türkiyəyə edəcəyini açıqlamışdı.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti