Putin Netanyahu ilə görüşdən imtina etdi

Putin Netanyahu ilə görüşdən imtina etdi
  07 Noyabr 2018    Oxunub:3037
11 noyabrda Parisdə İkinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə həsr olunacaq tədbir çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Benyamin Netanyahu arasında baş tutacaq görüş ləğv edilib.

Azvision.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb. Qeyd olunub ki, Təl-Əvivə görüşün ləğvi barədə bildiriş Moskvadan gəlib.
İstisna edilmir ki, görüşün ləğvinə Rusiyanın Suriyaya "S-300" raketdən müdafiə sistemlərinin verilməsilə bağlı yaranan gərginlik səbəb olub. Belə ki, Rusiya-İsrail hömumətlərarası komissiyasının həmsədri Zeev Elkin Dəməşqin “S-300”lərlə İsrail hədəflərinə atəş açacağı təqdirdə İsrailin həmin sistemlərə hücuma hazır olduğunu bildirib:

“İsrail torpaqları və ya İsrail təyyarələrinə atəş açan “S-300”lərə hücum edərik. Ümid edirəm ki, belə bir hadisə yaşandıqda "S-300" sistemlərinin yanında rus əsgərləri olmaz.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Paris   İsrail  





Xəbər lenti